“WhatsApp” yeni bir xüsusiyyəti elan etdi

0
195

Dünyanın ən çox istifadə edilən ünsiyyət proqramı “WhatsApp” hər gün yeni bir xüsusiyyətini elan etməyə davam edir.

“WhatsApp” istifadəçi şəbəkəsini günü-gündən inkişaf etdirməyə davam edir. “WhatsApp”ın yayımladığı son funksiya çoxdan gözlənilən funksiyalar arasında olub. Ən son xüsusiyyətini təqdim edirik:

WhatsApp-ın yayımladığı ən son xüsusiyyət kanallar bölməsi üçün açıqlandı. Elan edilən bu xüsusiyyət ilə artıq fərdi və qrup çatlarında olduğu kimi istənilən mövzuda sorğu hazırlamaq mümkün olacaq və kanala daxil olan istifadəçilər sorğuda öz fikirlərini bildirə biləcəklər. Kanallar üçün hazırlanmış sorğular bölməsi hazırda yalnız beta versiyadadır. Sorğular funksiyasının bütün istifadəçilər üçün aktivləşdirilməsi vaxt tələb edə bilər.