WEF prezidenti: Peşəkar jurnalistika “feyk nyus” epidemiyası ilə mübarizədə vacib rol oynayır

0
447

Peşəkar jurnalistika bütün dünyada COVID-19-dan başqa bir “virusa”, bu gün geniş yayılan, narahatlıq və qarışıqlıq yaradan, ictimaiyyətin alınan informasiyaya etimadını sarsıdan “feyk nyus” (saxta xəbər) virusuna qarşı mübarizədə yardım edir.

bunu “The Straits Times” (Sinqapur) qəzetinin baş redaktoru Trend BİA və Azernews-un assosiastiv üzvü olduğu Ümumdünya Xəbər və Qəzet Assosiasiyasının (WAN-IFRA) Beynəlxalq Redaktorlar Forumunun (World Editors Forum) prezidenti Uorren Fernandes deyib.

O bildirib ki, koronavirus dünyada sürətlə yayıldığı, milyonlarla insanı yoluxdurduğu, on minlərlə insanı öldürdüyü bir vaxtda, şəhərlərin karantinə bağlanması, sosial özünütəcrid, dolu xəstəxanalar barədə xəbərlər ən çox oxunan xəbərlər sırasına daxil olur:

“Çoxlu sayda informasiya fonunda peşəkar redaksiyalar doğru kontent təqdim edir. Onlar, həmçinin ictimaiyyətə “feyk nyus virusunun yayılması ilə mübarizədə kömək edirlər. Bəzi jurnalistlər iş başında koronavirusa yoluxub. Bir sıra redaksiyalar iş prosesini məsafəli rejimə keçirib. Bəziləri maliyyə öhdəliklərini yerinə yetirmək və əməkdaşlara əməkhaqqı vermək iqtidarında olmaya bilər”.

U.Fernandes qeyd edib ki, yen sorğulara əsasən, reklam həcmləri 30-80 faiz azalr. KİV-lərin tədbirlərindən gəlirlər azalıb, çünki sosial təcrid tədbirləri tətbiq edilir. Həmçinin bir çox redaksiyalar pandemiya ilə bağlı kontenti daha sərbəst edib ki, bu da abunə gəlirlərinin artırılması imkanlarını azaldır:

“Bunun nəticəsi həm ironik, həm də faciəvidir. Auditoriya nüfuzlu KİV-lərə daha çox müraciət etdiyi bir vaxtda, redaksiyalar maliyyələşmənin azaldığını, bəzən isə dayandığını müşahidə edir. İnsanların doğru informasiyaya daha çox ehtiyac duyduğu vaxtda, bir çox redaksiyaların işi çətinləşir, onlar peşəkar vəzifəni yerinə yetirməkdə çətinlik çəkirlər. Bu, ona gətirib çıxardı ki, Ümumdünya Səhiyyə Təşkilatı həlledici məqamda ictimaiyyətin etimadını sarsıdan “infodemiya” barədə xəbərdarlq edib”.

O, əlavə edib ki, xəbər redaksiyalarının bağlanmasının qarşısını almaq üçün KİV-lərin uzun müddət ərzində dayanıqlı işinin təmin olunması üzrə yeni biznes modellər hazırlamaq lazımdır:

“İndi müxtəlif eksperimentlər keçirilir. “New York Times” və “Financial Times” kimi iri iştirakçılar abunələrdən gəlirləri artırır, digər iştirakçılar iri biznesmenlər tərəfindən satın alınıb ki, bu da agentlikləri maliyə dəstəyi ilə təmin edir. Bu modellərdən hansının daha yaxşı işlədiyini demək çətindir. Bir şey məlumdur: koronavirus pandemiyası ictimai səhiyyə böhranı kimi başlasa da, yaxın aylarda o, ağır iqtisadi, sosial və siyasi fəsadlara yol aça bilər. İnsanlar ətrafda nə baş verdiyini anlamalı və irəli addımlamaq üçün üsullar tapmalıdır. Bunun üçün onlara etimad doğuran xəbər strukturları lazım olacaq”.