Vyana və Moskva görüşləri sübut etdi ki… – Millət vəkili

0
729

İlham Əliyevin müəyyən etdiyi həm daxili, həm də xarici siyasət kursu Heydər Əliyevin müəyyən etdiyi kursun məntiqi davamıdır.

Bu sözləri millət vəkili Elman Nəsirov Azərbaycan Prezidenti İlham Əliyevin prezident seçildikdən sonrakı siyasəti barədə danışarkən deyib. O, İlham Əliyevin düzgün xarici və daxili siyasət yürütməsi nəticəsində ölkənin inkişaf etdiyini vurğulayıb:“İlham Əliyev hələ 2003-cü ilin 15 okyabrında keçirilən seçkilər zamanı seçicilərinin 76.8 faiz səsini toplayıb, prezident seçildikdən sonra ilk fərmanı həmin ilin noyabrında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri ilə bağlı olub. Bu fərmanda 5 əsas blok – institusional, sosial, sənaye, sahibkarlığın inkişafı və bazar mühitinin yaxşılaşdırılması və dövlət maliyyə sisteminin təkmilləşdirilməsi məsələləri öz əksini tapıb. O, seçki kampaniyası dövründə verdiyi əsas sözlərdən biri olan regionların sosial-iqtisadi inkişafı ilə bağlı birinci dövlət proqramını təsdiq edib. Həmin vaxtdan bəri İlham Əliyev ölkəmizin sosial, iqtisadi inkişafıyla bağlı çox ciddi sənədlərə imza atıb. 2016-ci ildən 2018-ci ilə qədər 201 proqram xarakterli sənəd, o cümlədən 12 Konsepsiya, 12 Milli Strategiya, 12 Strateji Yol Xəritəsi, 94 Dövlət Proqramı, 10 Milli Fəaliyyət Planı, 23 Tədbirlər Planı, 21 Tədbirlər Proqramı, 17 Milli Plan və proqramlar qəbul edib. Bütün bunlar göstərir ki, prezident hərtərəfli islahatlar həyata keçirməkdədir. İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. 2018-ci ildə prezident seçildikdən sonra andiçmə mərasimində də bildirib ki, ölkədə islahatlar daha da dərinləşdiriləcək. O, fikirlərini bu ilin yanvar ayının 11-də Nazirlər Kabinetinin iclasında da təsdiqləyib. İlham Əliyev hazırda da sosial paketdə olan çox ciddi islahatları həyata keçirməkdədir. Şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara, məcburi köçkün və qaçqınlara xüsusi diqqət göstərir. Problemli kreditlərlə bağlı məsələlər öz həllini tapıb, minimum əmək haqqı artırılıb”.

Millət vəkili onu da bildirib ki, İlham Əliyevin Qoşulmama Hərəkatına rəhbərlik etməsi ölkəmizin beynəlxalq arenada böyük nüfuz sahibi olmasına imkan yaradacaq:”Onun apardığı xarici siyasət də daxili siyasətin davamıdır. Azərbaycan dünya miqyasında etibarlı tərəfdaş kimi qəbul edilir. Ölkəmizin işğalçı Ermənistan istisna olmaq qonşularla münasibətləri çox sürətlə inkişaf edir. Bu siyasətin nəticəsində Şərq, Qərb və Şimal dəhlizləri fəaliyyət göstərir. Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilat ilə də bizim münasibətlərimiz sürətlə inkişaf edir. Ötən ildən biz Qoşulmama Hərəkatına üzv olan ölkələrin xarici işlər nazirlərinin zirvə görüşünə ev sahibliyi etdik. Bu ildən də biz bu quruma sədrlik edəcəyik. Nəzərə alsaq ki, bu quruma üzv ölkələr BMT-yə üzv olan ölkələrin üçdə ikisi deməkdir. Bu da o deməkdir ki, biz BMT çərçivəsində mövqelərimizi gücləndirmiş olacağıq. Bu il payızda da bu hərəkata üzv olan ölkələrin dövlət başçılarının görüşü olacaqdır. Bu da Azərbaycanın beynəlxalq aləmdə siyasi çəkisinin nə qədər artdığını təsdiqləyən amildir. Yeganə problem Dağlıq Qarabağ problemidir. Lakin Vyana, Moskva danışıqları da onu göstərir ki, Azərbaycanın bu məsələdə də, bu problemin həllində də siyasi, hərbi, diplomatik üstünlüyü təmin edilib”.