Vulkandan zərər görən İspaniya daha bir fəlakətin astanasında

0
307

İspaniyanın Palma adasındakı vulkandan çıxan lava çərşənbə günü gecə Atlantik Okeanına çatıb. Bu, çox təhlükəli haldır. Belə ki, lava dəniz suyu ilə təmasda olduqda qara və ağ rəngli zəhərli buludlar əmələ gəlir. Buxar ölümcül ola bilər.

Vulkanın aktivliyi və lavaların hərəkəti gözlənilməzdir, bəzən sürətlənir, bəzən isə yavaşlayır. Çərşənbə axşamı günortadan sonra da elm adamları lavanın dənizə çatıb-çatmayacağına əmin deyildilər.

Xatırladaq ki, sentyabrın 19-da başlayan püskürmə nəticəsində təxminən 600 bina məhv olub, 6 mindən çox insan təxliyyə edilib. Ölən və ya ciddi xəsarət alanlar haqqında bu günə qədər heç bir məlumat verilməyib.

Kanar Adaları Vulkanologiya İnstitutu püskürmənin üç ay davam edə biləcəyini düşünür.