Volvo Trucks dörd yük avtomobilindən ibarət qüllə qurub – VİDEO

0
406

Traktorlar və tikinti texnikası xalq arasında maraq doğuran, duygusal və populyar maşınlar deyil. Lakin, Volvo şirkətinin yük avtomobilləri istehsal edən bölməsi təkcə mütəxəssislərin və nəqliyyat şirkətlərinin deyil, həm də bu avtomobillərdən anlamayan adi insanların diqqətini necə cəlb edəcəyini dəqiq bilir. Son bir neçə ildir ki, isveçlilər sonsuza qədər seyr ediləcək maraqlı təqdimat videoları çəkməyə müvəffəq olublar. İstədiyimiz tezliklərdə çıxmasalar da, bu videoları hər zaman gözləməyə dəyər.

Volvo Trucks çarxları onları seyr edən insanları həyəcanda saxlamağı bacarırlar: əlbəttə ki, bu əsasən canlı çəkilişlərin nəticəsidir – başa düşürsən ki, ekrandakı görüntü kompüter qrafikasının deyil, real insanların çoxtonlu yük maşınları ilə dəlicəsinə tryukları həyata keçirməsidir. Buna gördə, insanlar baş verənləri bir qədər fərqli hiss etməyə başlayırlar.

Volvo Trucks şirkətinin hazırladığı yeni videoçarxda dörd yeni model təqdim edilib. Yeni videoda Volvo yük maşınlarından qurulan və hərəkət edən bir qüllə əks olunub. Əmin ola bilərsiziniz ki, bu kompüter qrafikası deyil!

Dəqiqə yarımlıq videoda yeni yük avtomobilləri bir-birinin üstündə dayanır və ən başında şirkətin prezidenti Roger Alm durur. Dörd avtomobildən ibarət olan qüllə Volvo FMX modelinin üzərində qurulub və onun ümumi çəksi 38 tondur.