Almaniyanın avtomobil istehsalçısı olan Volkswagen-ə qarşı 250 mindən çox müştəri iddia qaldırıb.
iddiaya səbəb dizelqeyat, yəni avtomobillərdə işlənmiş qazların zərərli maddə səviyyəsinin düzgün qiymətləndirilməməsi olub.
Müştərilər şirkətdən onlara dəyən maddi zərəri qarşılamağı tələb edirlər. Ödəniləcək ümumi məbləğ 800 milyon avronu ötə bilər.
Qeyd edək ki, dizelqeytlə bağlı Volkswagen-ə qarşı son ittihamlar ötən ilin sonlarında başlayıb. Alman mühəndisləri bildiriblər ki, onların əlinə ekoloji problem yarada biləcək EA288 indeksi olan dizel mühərrikinin tətbiqilə bağlı sənədlər keçib.