Vladimir Putin: Rusiyada koronavirusla bağlı vəziyyət yaxşılığa doğru dəyişmir

0
409

Rusiyada koronavirusla bağlı vəziyyət yaxşılığa doğru dəyişmir.

Bu sözləri Prezident Vladimir Putin Baş Nazirin müavini Tatyana Qolikova, Moskva meri Sergey Sobyanin, Səhiyyə naziri Mixail Muraşko, İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı üzrə Federal Xidmətin rəhbəri Anna Popova ilə keçirdiyi videokonfransda söyləyib. O deyib ki, ölkədə vəziyyət yaxşılığa doğru dəyişmir, hər gün xəstəliyi daha da ağır keçirən pasiyentlərin sayı artır. V.Putin qarşıdan gələn həftənin həlledici olacağını da vurğulayıb.

Rusiya dövlətinin başçısı bütün mümkün ssenariləri nəzər almaq və hər bir vəziyyətə hazır olmaq üçün hökumətə qarşıdan gələn 3, 7 və 10 gün üçün dəqiq və peşəkar proqnoz hazırlamaq, hazırda xaricdə işləyən Rusiya hərbçilərinin təcrübəsindən istifadə etmək, koronavirusla mübarizə üçün dövlət ehtiyatı formalaşdırılması ilə əlaqədar vahid mərkəz yaratmaq, tibb işçilərini bütün lazımi qoruyucu vasitələrlə təmin etmək barədə tapşırıqlar verib.

Qeyd edək Rusiyada hazırda 18 min 328 koronavirus xəstəsi var.