Virusa yoluxan arvadını balkondan atdı – Video

0
416

Misirin paytaxtı Qahirədə bir kişi koronavirusa yoluxmuş həyat yoldaşını yaşadığı binanın beşinci mərtəbəsinin balkonundan atıb.

Xoşbəxtlikdən qadın sağ qalıb. Qadın Qahirənin Eyn Şəms Universitetinin xəstəxanasında əməliyyat olunub.

Həkimlər COVİD-19-a yoluxmuş və aşağı ətraflarında sınıqlar olan qadının karantin şəraitində müalicə olunacağını bildiriblər.

Cinayəti törədən ər isə həbs olunub. Müttəhim ifadəsində bildirib ki, o, arvadından evi tərk etməsini tələb edib, rədd cavabı aldıqda isə onu balkondan aşağı atıb.

Psixoloqların fikrincə, yayılmış infeksiya bütün dünyada insanların psixi vəziyyətinə zərbə vurub və ailədaxili problemləri, şiddəti daha da artırıb.