Xəbər verdiyimiz kimi, İTV-də maraqlı virtual fləşmoba start verilib.
“Xəbərlər” proqramının aparıcısı Jalə Həsənli Tünzalə Ağayevanın repertuarından “Bu gün hər şey yaxşı olacaq” mahnısını səsləndirib və estafeti digər dörd həmkarına ötürüb.
Bu axıma Azərbaycan Respublikası Vergilər Nazirliyinin əməkdaşı da qoşulub.
O, Tofiq Quliyevin “Bakı haqqında mahnı”sını səsləndirib və estafeti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, TƏBİB, KOB Azərbaycan, SMB Azerbaijan və “ASAN Xidmət”ə ötürürüb.
Daha sonra isə İctimai Televiziya və Radio Yayımları Şirkətinin virtual flaşmobuna İqtisadiyyat Nazirliyinin əməkdaşı da qoşulub.
O, şən bir mahnı oxuyub və estafeti Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO), “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə və “Təmiz Şəhər”ə ötürüb.