“Virtual məktəb”də qeydiyyat sistemi bu gündən etibarən yenidən aktivləşəcək.
Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, sentyabrın 8-dən etibarən “Virtual məktəb”də qeydiyyat prosesi müvəqqəti olaraq dayandırılmışdı.
Qeydiyyatın dayandırılması yeni tədris ilinin başlanması ilə əlaqədar profilaktik işlərin aparılması məqsədi daşıyırdı.