Vilayət Eyvazovdan YENİ TƏYİNAT

0
464

Daxili İşlər orqanlarında növbəti kadr dəyişiklik olub.

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, polis mayoru Aydın Bağırov Xaçmaz rayon polis şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

Xəbəri Xaçmaz rayon polis şöbəsindən  təsdiqlənib.

Qeyd edək ki, bir neçə ay öncə nazirin əmri ilə Xaçmaz rayon polis şöbəsinin əməliyyat işləri üzrə rəis müavini  Amil Tahirli işdən çıxarılaraq, sərəncama göndərilmişdi.