Seyfulla Əzimova yeni vəzifə verildi

0
581

Vilayət Eyvazov Seyfulla Əzimova yeni vəzifə verdi

İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator təyin edilib.

Bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator təyin edilib.

Qeyd edək ki, V.Eyvazov nazir vəzifəsinə təyin edilənədək həmin vəzifəni icra edib.

DİN-in mətbuat xidmətindən faktı təsdiqləyiblər.