Vilayət Eyvazov rəis müavinini işdən qovdu

0
522

Azərbaycanda rəis müavini işdən azad olunub. 

Bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, Qazax Rayon Polis Şöbəsinin əməliyyat üzrə rəis müavini, polis polkovnik-leytenantı Tahir Orucov xidmətdə buraxdığı nöqsanlara görə, daxili işlər orqanları sıralarından xaric edilib.

Onun vəzifədən çıxarılmasına səbəb toylarda karantin rejimi qaydalarının pozulmasına göz yumması olduğu bildirilir.