Vilayət Eyvazov: “İkinci Qarabağ müharibəsində Daxili Qoşunların 65 nəfər hərbi qulluqçusu şəhid olub”

0
443

2020-ci il özünün bütün çətinlik və problemlərinə baxmayaraq, ölkəmiz üçün ən uğurlu illərdən biri oldu.

Bu sözləri Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazov bu gün Daxili İşlər Nazirliyində 2020-ci ildə cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini sahəsində fəaliyyətin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunan Kollegiya iclasında çıxışı zamanı deyib. 

Nazir qeyd edib ki, ötən il uzun illər işğal altında qalan torpaqlarımız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz tərəfindən düşməndən azad edilib:

“İllər sonra tarixi ədalət bərpa olunub. Bu döyüşlərdə Daxili Qoşunların yüzlərlə hərbi qulluqçusu da iştirak edərək cəsarət və igidlik nümunələri göstərib, onlardan 65 nəfəri şəhid olub, 347 nəfəri yaralanıb”. 

Nazirin təklifi ilə Kollegiya iclası zamanı şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.