Vilayət Eyvazov generala yüksək vəzifə verdi

0
443

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi edilib. Bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis general-mayoru Teymur Hacıyev Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi təyin olunub.

O, bundan əvvəl Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsində çalışıb.