Vilayət Eyvazov daha bir rəisi işdən çıxardı

0
471

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi olub.

Bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, Nəsimi Rayon Dövlət Yol Polisi şöbəsinin rəisi, polis polkovnik-leytenantı Qəhrəman Qələndərov vəzifəsindən azad edilib.

O, xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumatı saytımıza təsdiq edib.