Viktor Yuşşenko İlham Əliyevi təbrik etdi

0
409

Ukraynanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Viktor Yuşşenko və həyat yoldaşı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü Katerina Yuşşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndəriblər. 

Məktubda deyilir:

“Əziz dostum.

Ailəmiz doğum gününüz münasibətilə Sizi təbrik edir. Həyatınızın bu yeni ili Sizə və gözəl ailənizə cansağlığı, xoşbəxtlik, Azərbaycana isə tərəqqi gətirsin. Siz ölkənizdə möhtəşəm nailiyyətlər əldə etmisiniz və biz bilirik ki, bu, hələ başlanğıcdır.

Cənab Prezident, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz davamlı dəstəyə görə Sizə minnətdarıq.

Biz Azərbaycan və Ukrayna arasında əlaqələrin inkişafı istiqamətində bundan sonra da Sizinlə əməkdaşlıq etməyə hazırıq”.