Veteranların müavinətləri artırılsın – Təklif

0
31

Müharibə veteranlarına verilən 80 manat müavinət artırılsın”.

Bu təklifi deputat Əli Məsimli parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında gələn ilin büdcə müzakirəsi zamanı səsləndirib.

O bildirib ki, müharibə veteranlarına verilən 80 manatın artırılması istiqamətində böyük gözlənti var: “Onlar bu proseslərdə yüksək səviyyədə iştirak ediblər. Bu müavinətin artırılmasını zəruri hesab edirik”.

Deputat pensiyaların verilməsində qrafikin dəyişdirilməsinin narazılıq yaratdığını da bildirib: “Çünki pensiyaçıların banka, mağazalara apteklərə borcları var. Elə olmalıdır ki, pensiyanı kreditə ödəyən vətəndaş bir də gecikməyə görə faiz cəriməsi ödəməsin. Eyni zamanda xeyli ailələr var ki, onların gəlir mənbəyi pensiyadır.

Əvvəlki qrafikə keçirilsə xeyli insan məmun olar”.