Veteran jurnalist Hidayət Elvüsalın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

0
102

Azərbaycan Mətbuat Şurasında veteran jurnalist Hidayət Elvüsalın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib. Tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid yubilyarın ömür yolu barədə məlumat verərək bildirib ki, 1949-cu il iyununun 25-də Kəlbəcərdə anadan olmuş H.Elvüsal Bakı Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsini bitirib. O, rayonda çı­xan “Ye­ni­lik” qə­ze­tin­də, yer­li radio ve­ri­liş­ləri re­dak­si­ya­sın­da ça­lış­ıb, həmçinin Azər­bay­can Döv­lət Radio­su ilə əmək­daş­lıq edib. Müxtəlif illərdə “A­zər­bay­can gənc­lə­ri”, “Xalq qə­ze­ti” (o zamankı “Kom­mu­nist”), “Ədalət” qə­zet­lə­rin­də iş­lə­yib. 

Yubilyarın ötən əsrin 90-cı illərinin əvvəllərində böyük populyarlıq qazanmış “Sə­hər”  qə­ze­ti­nin ya­ra­dı­cı­la­rın­dan biri olduğunu, nəşrdə baş re­dak­to­run müa­vi­ni kimi fəaliyyət göstərdiyini deyən R.Məcid onun “Be­lə-belə iş­lər” və “Kri­mi­nal” qəzetlərinə də rəhbərlik etdiyini, döv­ri mət­buat­da oçerk­lə­ri, mü­sa­hibə və re­por­taj­la­rı, he­kayə və po­vest­ləri ilə tanındığını vurğulayıb. 

MŞ sədri onu da bildirib ki, H.Elvüsalın xüsusən “Be­lə-belə iş­lər” rub­ri­kası ilə dərc edilmiş say­sız-he­sab­sız ya­zı­ları cəmiyyətin ruhundan xəbər verib. Bu cəhət müəllifə nüfuz və hörmət qazandırıb. R.Məcid yubilyarın eyni za­man­da mah­nı mətn­lə­ri­nin müəl­lifi və hə­vəs­kar bəs­tə­kar kimi də tanındığını deyib. MŞ sədri rəhbəri olduğu qurumun diplomunu H.Elvüsala təqdim edib. 

Toplantıda çıxış edənlərdən “Ədalət” qəzetinin təsisçisi, Milli Məclisin deputatı Aqil Abbas, MŞ-nin Ahıl Jurnalistlər Məclisinin rəhbəri, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu, yubilyarın sənət dostlarından, tələbəlik və iş yoldaşlarından əməkdar jurnalist Rəhim Hüseynzadə, İsrəfil Qurbanov, Əli Şamil, Akif Cabbarlı, “Xalq qəzeti”nin şöbə müdiri İmran Bədirxanlı, şair Adil Cəmil və başqaları H.Elvüsalın yaradıcılığındakı ayrı-ayrı məqamlardan söz açıblar. Onlar bildiriblər ki, yubilyar jurnalistikaya xüsusi ahəng gətirən ifadə tərzi, milli mətbuatımızın ənənələrinə sadiqlik ruhu,  hadisə və proseslərə peşəkar yanaşması ilə seçilib. Jurnalistikada olduğu kimi, publisistikada da özünəxas dəst-xətti onu hər zaman oxucuların sevimlisi edib. 

Sonda çıxış edən H.Elvüsal əməyinə verilən qiymətə, haqqında söylənilən xoş sözlərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.