İtaliyanin tarixi mərkəzi ildə min sakin itirir. Hesablamalara görə, bu itkilər hər il artmaqda davam edəcək.
Venesiyalılar bu sürətlə şəhərlərini tərk etməkdə davam etsələr, 2040-cı ildə artıq burada heç kim yaşamayacaq. 1951-ci ilin rəsmi statistikaya əsasən, şəhərdə 175 min insan yaşayırdı. İndi isə bu rəqəm 52 min nəfərdir. Baxmayaraq ki, şəhər dünyanın ən çox turist gələn yerlərindəndir. Yerlilərin də əksəriyyətinin getmə səbəblərindən biri də məhz budur. Onlar sadəcə səs-küydən və qarışıqlıqdan bezdiklərini deyirlər. Bundan başqa, suyun səviyyəsinin qalxması da insanları köçməyə vadar edən əsas səbəbdir.
Ümumiyyətlə, bir neçə böyük şəhəri çıxmaqla İtaliyanın kənar, xüsusən sahil olan şəhərlərində insanların sayı sürətlə azalmaqdadır. Hətta hökumət bu miqrasiyanın önünü kəsmək üçün sosial tədbirlərə əl atır.