Venesiyada hökumət nümayəndələrinin arxayınlığı şəhəri su altında qoyub. Belə ki, leysan yağışlara baxmayaraq, mütəxəssislər suyun bu qədər yüksələcəyini gözləməyiblər və şəhəri daşqından qorumaq üçün hazırlanmış Musa bənd sistemini işə salmayıblar. Kadrlarda San Marko meydanında rezin çəkməli maskalı insanların necə gəzdiyini görmək mümkündür. Bəzi yerlərdə suyun sakinlərin dizlərindən yuxarı olduğu görünür.