Vatsapda daha bir yenilik – Bunu etmək olmayacaq!

0
42

Dünyanın ən məşhur ani mesajlaşma proqramı olan vatsap istifadəçilərə yeni funksiyasını təqdim edib.

iOS əməliyyat sisteminin 12.24.10.74 növündə profil fotoşəkillərinin ekran görüntülərini kilidləmək mümkündür. Bunu seçən şəxsin profil şəklini skrin etmək olmayacaq.

Yenilik hələlik iPhone istifadəçiləri üçün vatsapın beta versiyasında işləyir. Yaxın gələcəkdə bunun geniş istifadəçilər üçün əlçatan olacağı gözlənilir.