Separatçı ideyalarla sadə erməni vətəndaşları Azərbaycana qarşı mübarizəyə səsləyən Ruben Vardanyan müsahibəsi zamanı Qarabağın Azərbaycan torpağı olduğunu etiraf edib.
Bu barədə o, “Eto Osetinskaya” “YouTube” kanalında müsahibəsində deyib.
Kadrlarda görünür ki, aparıcı ondan Qarabağı tərk etmək üçün helikopter çağırmağı təklif edir. O isə bunun mümkün olmadığını bildirir.
“Onu vuracaqlar. Çünki bura Azərbaycanın ərazisidir”, – deyən Vardanyan təkzibolunmaz bir faktı etiraf etməyə məcbur olub.