Vanqanın 2023-cü il proqnozu…

0
189

Məlum olduğu kimi, məşhur görücü Vanqa 11 sentyabr hadisələri, İŞİD-in yaranması, Breksit prosesi kimi bir çox hadisələrlə bağlı dəqiq proqnozlar verib.

Bir çox tarixi hadisələrin proqnozunu verən Vanqanın 2023-cü il haqqında söylədiklərini təqdim edirik.

2004-cü ildə Hind okeanında 200 mindən çox insanın həyatını itirdiyi zəlzələ və sunamidən xəbərdar olan Vanqa 2023-cü ildə Avstraliya ilə yanaşı bir çox Asiya ölkələrində də oxşar təbii fəlakətin baş verəcəyini iddia edib.

Koronavirus xəstəliyi ilə mübarizə aparmaq kifayət deyilmiş kimi, Vanqa 2023-cü ildə Sibirdə ölümcül virusun aşkar ediləcəyini bildirib. Buzlaq ərazidə yaranacaq ölümcül virusun qlobal istiləşmə ilə ortaya çıxacağı ifadə edilib.

O, çirklənmə səbəbindən su probleminin yaranacağını da bildirib.

Vanqanın açıqlamalarını şərh edən ekspertlər bir çox şəhərlərdə içməli su qıtlığının olacağını açıqlayıblar.

Bundan əlavə, Oumuamua asteroidi son vaxtlar yenidən gündəmə gəlib. Vanqanın proqnozlarını şərh edənlər bu meteoritin yadplanetlilər tərəfindən göndərildiyini irəli sürüblər.

Bu gün isə NASA rəsmi olaraq Yer planetinə daha böyük və miqyasına görə daha dağıdıcı asteroidin yaxınlaşdığını bildirib.

Hindistanda da qıtlığın olacağı proqnozlaşdırılır. Bildirilib ki, havanın temperaturu 50 dərəcəyədək yüksələcək, çəyirtkə və bu kimi canlılar əkin sahələrinə basqın edərək əkinlərə zərər verəcək.