Van Damm ittihamlara CAVAB VERDİ

0
105

Xəbər verdiyimiz kimi məşhur aktyor Jan-Klod Van Damm uşaqlar da daxil olmaqla, insan alveri ilə məşğul olan cinayətkar şəbəkənin xidmətlərindən istifadə etməkdə ittiham olunur.

Məşhurun agenti onun Rumıniyaya məxsus telekanalların birindən qaynaqlanan bu ittihamları şərh edib.

“Biz Kannda Jan-Klod Van Dammın iştirak etdiyi iddia edilən hadisələrdən xəbərdarıq. O, bu absurd və əsassız şayiələri şərh etmək və ya qızışdırmaq istəmir”, – aktyorun nümayəndəsi bildirib.

O qeyd edib ki, mətbuatda yayılan faktlar qroteskdir və heç nə ilə dəstəklənmir.