Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları

0
97

Son vaxtlar uşaqlarda yüksək hərarət, səpki, boğaz ağrısı simptomları tez-tez müşahidə edilir.

Bu cür simptomlarla bağlı müraciət edənlərin sayında da artım var.

Uşaq xəstəlikləri üzrə mütəxəssis Elşən Tağıyev Xezerxeber.az-a bildirib ki, qızılca ilə oxşar simptomları olan bu xəstəliyin müalicəsində antibiotiklərdən istifadə edilməlidir:

“Bu infeksiya ağır xəstəlik deyil, lakin bəzən ağırlaşmalar yarana bilər. Bu ağırlaşmalar revmatizm və böyrəklərdə fəsadlarla özünü büruzə verə bilər”.

Məsələ ilə bağlı TƏBİB-in tabeliyində fəaliyyət göstərən 10 saylı uşaq poliklinikasından bildirilib ki, ciddi yanaşılmalı, uşaqlarda olan yüngül boğaz ağrısına da əhəmiyyət verilməli, aidiyyəti üzrə poliklinikaya müraciət olunmalıdır.