Vaksin vurdurmaq haramdır? – Hacı Şahindən AÇIQLAMA

0
421

Vaksinlərin tərkibində dini baxımdan haram maddələrin olması ilə bağlı deyilənlər tamamilə yanlışdır.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli deyib.

Ş.Həsənli bildirib ki, vaksinlərin tərkibində elə bir maddə yoxdur: 

“Ona görə də insanlar bu vaksinlərdən rahat şəkildə istifadə edə bilərlər. Dinimiz nəinki bu məsələləri qadağan edir, əksinə təkid edir. Çünki Quranda ayə var ki, öz əlinizlə özünüzü təhlükəyə atmayın”.