Vahid Əhmədov: “Gəncləri xaricə oxumağa göndəririk, geri qayıtmırlar”

0
223

“İki dəfə elm və təhsil naziri Emin Əmrullayevlə İKT sahəsi üzrə mütəxəssislərin hazırlanması ilə bağlı görüşmüşəm”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.

Vahid Əhmədov bildirib ki, dövlət xətti ilə xarici ölkələrin ali məktəblərində İKT sahəsində ciddi mütəxəssislərin hazırlanmasına diqqət artırılmalıdır:

“Təklif edirəm ki, bu sahədə gəncləri xaricə oxumağa göndərək və onlarla belə müqaviləyə bağlayaq ki, yenidən geri qayıtsınlar. Yoxsa göndəririk oxumağa, lakin orada olan yaxşı yaşayış, əməkhaqqının yüksək olması səbəbindən gənclər geri qayıtmırlar, orada qalırlar. Çalışmaq lazımdır ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Elm və Təhsil Nazirliyinin arasında da bu sahədə müqavilə olsun”.