Vətənpərvərlik əsərlərindən ibarət almanax

0
830

Milli ordumuz Ali baş komandan, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan hərbi-texniki islahatlar nəticəsində şanlı tarix yazmaqdadır. Qarabağda 2016-cı ilin aprel və 2018-ci ilin Naxçıvan döyüşləri zamanı hərbiçilərimizin böyük uğurları çağdaş şairlərimizin, yazıçılarımızın, publisistlərimizin yaradıcılığına yeni poetik ovqat, kreativ intonnasiya qatıb.

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi Azərbaycan  Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə bu möhtəşəm şanlı hadisələrə öz ədəbi-poetik dəstəyini vermək üçün müxtəlif layihələr həyata keçirir. YYSİB-nin «İntellektual əsgər»: İnternet, sosial şəbəkələr, e-kitabxana, e-kitablar vasitəsilə yeniyetmə və gənclər arasında vətənpərvərliyin kreativ-innovativ təbliğiadlı növbəti kulturoloji layihə çərçivəsində hərbiçilərimizə yaradıcı insanlarımızın sevgisini “Vətən sənsən!” (“Gənc əsgər”: vətənpərvərlik almanaxı) adlı  ədəbi-bədii toplusuyla çatdırır.

Almanaxda Oqtay Rza, Ağacəfər Həsənli, Zəminə Xınalı, Balayar Sadiq, Fəxrəddin Ziya, Aydın Xan Əbilov, Oqtay Ərgünəş, Nisə Bəyim, Güləmail Murad, Elşad Şamil, İntiqam Yaşar, Elnur Uğur Abdiyev, Şirin Kərimbəyli kimi müxtəlif nəsil şair və  yazıçıların yeni bədii-poetik nümunələri yer alıb. Topluya layihə çərçivəsində təşkil olunmuş ədəbi müsabiqə yekununa uyğun olaraq, münsiflər heyətinin seçimi əsasında fərqləndirilən poeziya və nəsr əsərləri daxil edilib. Müxtəlif ədəbi növ və janrlarda qələmə alınmış bu maraqlı söz sənəti nümunələrinin oxucuları, xüsusən də gənc hərbiçilərimiz və əsgəri borcunu verməklə Vətən qarşısında müqəddəs vəzifəsini yerinə yetirməli olan yeni nəsil nümayəndələri üçün maraqlı olacağına inanırıq.

Layihənin rəhbəri İNK və DAMMİB baş katibi, SİMİB sədrinin müavini, YYSİB sədri, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilovdur.

Ayxan