Vətənin yenilməz əsgəri

0
237

Bu gün Qəbələ rayon Nohurqışlaq kənd şəhidi Niftaliyev Novruz Eldeniz oğlunun birinci il dönümü keçirildi.

Anım mərasimində rayon icra hakimiyyətinin başçısı , hüquq mühafizə orqanları əməkdaşları, Şəki regional təhsil şöbəsinin rəhbəri, idarə və təşkilatların rəhbərləri qazilər Beyləqan şəhid ailələri, Ağdaş şəhid ailələri,kənd icra, bələdiyyə nümayəndələri, Qəbələ şəhid ailələri, məktəb müəllimleri şagirdlər,kənd sakinləri, axundlar,uzaqdan gələn qonaqlar iştirak etdilər.

Əvvəlcə şəhidin məzarı üzərinə gül dəstələri qoyulmuş, ruhuna dualar oxunmuşdur.

Şəhidin atası, anası çıxış edərək bu gün ki, gündə onların yanında olduğuna görə gələnlərə öz təşəkkürünü bildirmişlər.

Tədbir ata ocağınada iftar süfrəsi arxasında davam etmişdir

Niftaliyev Novruz Eldəniz oğlu 25.03.2004 – çi ildə Qəbələ rayon Nohurqışlaq kəndindində göz açır..
2010- cü ildə Nohurqışlaq kəndində Abdulkərimov İlham adına tam orta məktəbin birinci sinfinə gedir.

2012 – çi ildə Qəbələ idman kompleksinin cüdo klubuna yazılır.
05.05.2014 – cü ildə 18 kq çəki dərəcəsində keçirilən zona yarışlarında birincilik qazanır.Qizil medala sahib olur.. Beləliklə Novruz Niftaliyev dayanmadan yarışlara qatılır,2 qızıl,2 gümüş, 5 bürünc medal qazanır

2023 – cü ildə hərbi xidmətə yola düşür.

Novruz Niftaliyev 9 ayın əsgəri idi. 02.04. 2023 – çi ildə Tərtər rayonunun Talış kəndində hərbi xidmətini yerinə yetirərən zaman minaya düşərək şəhid olmuşdur.Novruz Niftaliyev idmançı olmuşdur. Onun indiyə kimi, qazandığı medalları , fəxri diplomları onun ev muzeyinin bəzəyi ölmüşdür.

Allah rəhmət eləsin şəhidlərimizə

Təranə Alməmmədova

Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin sədri