Vətəndaşların NƏZƏRİNƏ: Sabah Azərbaycanın üç rayonunda qaz kəsiləcək

0
253

Sabah Gədəbəy, Şəmkir və Yevlax rayonlarının təbii qazla təchizatında fasilə yaranacaq.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Şəmkir-Gədəbəy” yüksək təzyiqli magistral qaz xəttində yaranmış qaz sızmalarının ləğvi və “Aran” QPS-də görüləcək təmir işləri ilə əlaqədar mayın 26-da saat 10:00-dan etibarən təmir işləri başa çatana qədər “Çənlibel” və “Gədəbəy” QPS-lərdən, “Zəhmət” və “Morul” QTM-lərdən, “Yastı Meşə” və “28 May (Aran)” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Gədəbəy rayonunun tam olaraq, Şəmkir və Yevlax rayonlarının isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.