
Bakının bir sıra qəsəbələrində içməli su olmayacaq.
Bu barədə “Azərsu” ASC-dən məluma verilib.
Bildirilib ki, magistral su xəttində aparılan təmir-bərpa və yenidənqurma işləri ilə əlaqədar 12 yanvar 2022-ci il tarixində gün ərzində Novxanı, Goradil, Kürdəxanı, Mehdiabad və Pirşağı qəsəbələrinin bağ massivlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranacaq narahatlıqla əlaqədar qurum abonentlərdən üzr istəyir.