Vətəndaşların NƏZƏRİNƏ: 31 yaşayış məntəqəsində qaz kəsiləcək

0
319

Bu gün Şəki rayonunun bir hissəsinin təbii qazla təchizatında fasilə yaranacaq.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Cəfərabad” QPS-də aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan işlər başa çatana qədər “Cəfərabad” QPS-dən qidalanan “Şəki-Cəfərabad” qaz ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Şəki şəhəri daxil olmaqla bir qəsəbə və 30 kəndin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.