Vətəndaşlar prezidentin həyata keçirdiyi islahatları yüksək qiymətləndirir

0
817

Azərbaycandakı mövcud ictimai-siyasi vəziyyətə, Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi islahat kursuna,hökumətin ümumi daxili və xarici siyasətinə ölkə əhalisinin münasibətini öyrənmək məqsədilə Fransanın “OpinionWay”  şirkəti tərəfindən Naxçıvan MR istisna olmaqla, Azərbaycanın bütün bölgələrində geniş rəy sorğusu keçirib. Şirkətinin rəhbəri Bruno Jeanbert mətbuat konfransında sorğu nəticələrini açıqlayıb.

Sorğunun nəticələrinə görə, respondentlərin 80,1%-i ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanılmasını Prezident İlham Əliyevin fəaliyyətinin ən uğurlu nəticəsi kimi dəyərləndirib. Sorğunun “Prezident İlham Əliyevin son bir ildə gördüyü işləri necə qiymətləndirirsiniz?” sualına respondentlərin85,1%-i bütövlükdə “müsbət” cavab verib. Bu sualı onların yalnız  6,8%-i “mənfi”, 8,1%-i “bilmirəm” kimi  cavablandırıb.

“OpinionWay”in Azərbaycanda həyata keçirilən sosial-iqtisadi fəaliyyəti və bu sahədə Prezident İlham Əliyevin son ildə apardığı islahatları necə qiymətləndirirsiniz sualına sorğuda iştirak edənlərin 90,5%-i bütövlükdə müsbət cavab verib, onlardan 64%bu istiqamətdə hökumətin fəaliyyətini “tam bəyəndiyini”, 26,5%-i “əsasən bəyəndiyini” vurğulayıb, rəyi soruşulanların yalnız 6,0%-i bu suala “bəyənmirəm”, 3,5%-i isə “bilmirəm” cavabını verib.

Prezident İlham Əliyevin seçki qabağı vədlərinin yerinə yetirilməsinin qiymətləndirilməsinə dair “OpinionWay”in sualına respondentlərin bütövlükdə 75,6%-i müsbət cavab verib. Bununla bağlı rəyi soruşulanların yalnız 5,8%-i verilən vədlərin yerinə yetirilmədiyi,4.2%-i isə cavab verməyə çətinlik çəkdiyi qənaətində olub.

Prezident İlham Əliyevin kadr islahatları ilə  bağlı sualları cavablandıran respondentlərin 78,8%-i həyata keçirilən kadr siyasətinə  birbaşa öz müsbət rəyini bildirib, onlardan 43,3%-i bu sahədəki dəyişikliklərdən tam razı qaldığını, 35,5%-i isə əsasən razı qaldığını nümayiş etdirib.

Rəyi soruşulanların75,6%-i korrupsiyanın aradan qaldırılması ilə bağlı görülən tədbirləri effektli və qənaətbəxş qiymətləndirib.

“OpinionWay”in “İlham Əliyevin qəbul etdiyi “Regionların sosial-iqtisadi inkişaf proqramı” və hökumətin bölgələrdə həyata keçirdiyi fəaliyyət nəticəsində sizcə regionlar inkişaf edibmi?” sualına respondentlərin 93,1%-i“hə” cavabı vermiş,  72,3%-i hökumətin bu istiqamətdəki fəaliyyətini  tammüsbət, 20,8%-i “əsasən müsbət” kimi dəyərləndirib.

Prezident İlham Əliyevinregionların inkişafına xüsusi diqqət göstərməsi həm də vətəndaşların böyük rəğbətini qazanıb. Sorğuda ölkə Prezidentinin bölgələrə çoxsaylı səfərlərinin faydalılıq əmsalı respondentlərin 90,4%-i tərəfindən müsbət dəyərləndirilib,  48,9% bu səfərləri “çox yüksək” , 27,5% “əsasən yüksək”, 14% isə “qismən müsbət” kimi qiymətləndirib.

Sorğunun Prezident İlham Əliyevin xarici siyasəti ilə bağlı nəticələri də əhalinin pozitiv mövqeyini ifadə edibr: Sorğuda iştirak edənlərin 89,9%-I bu sualı müsbət cavablandırıb, onların 73,9%-i  suala “əla”, 16,0%-i “kafi”  cavab verib, 2,4% “pis”, 7,7% isə “dəqiq bilmirəm”  kimi münasibət bildirib.