Vətən üçün, millət üçün, gəncliyindən keçən şəhidlər.

0
706

Qasımov Təbrizin Vətən müharibəsində şəhid olmasının ildönümü qeyd olunub

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş Qasımov Təbrizin şəhidlik zirvəsinə ucaldığı gündən bir il keçir. Bu münasibətlə rayon icra hakimiyyətinin əməkdaşları, İNK rayon numayəndliyi rəhbəri, şəhid ailələri, qazilər hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhidin təhsil aldığı məktəbin kollektivi tərəfindən onun məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur.
Şəhidin adına tikilmiş bulagın açılışı oldu.
Tədbir iştirakçıları şəhidin ailəsini evlərində ziyarət etmişlər. Tədbir şəhidin evində ehsan süfrəsi arxasında davam etmişdir.
Allah rəhmət eləsin Şəhidlərimizə.

Təranə Alməmmədova .
İctimai Nəzərət Koalisiya Qəbələ numayəndliyi rəhbəri