Vətən , Torpaq və böyük amallar uğrunda canlarından keçən Şəhidlər

0
257

Kürdəmir rayon şəhidi Seyidov Yaşar Həkim oglunun bu gün anım günü qeyd olundu.

Tədbirdə Kürdəmir rayon icra hakimiyyətinin nümayəndələri, Qəbələ şəhid ailələri, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzi, İB Qəbələ rayon numayəndliyi rəhbəri , Bakı şəhid ailələri, digər region şəhid ailələri, qazilər, təşkilat rəhbərləri, məktəblilər və müəllimlər iştirak etdi.

Əvvəlcə şəhidlər xiyabanınında şəhidin məzarı ziyarət edildi, üzərinə gül dəstələri qoyulmuş,ruhuna dualar oxunmuşdur.

Sonra şəhidin adına tikilmiş bulagın açılışı olmuşdur.
Onu da qeyd edim ki, bu bulağın ərsəyə gəlməsində Roman Dagıstanlının əməyi olub.
Bulagın bir guşəsində Qəbələ şəhidlərinin şəkillərinə yer ayrılmışdır.

Tədbir ata ocağında ehsan süfrəsi arxasında davam etmişdir.

Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycanın Dövlət himni ilə başlamışdı.
Sonra şəhid ailələrinə söz verilmişdir, gələn qonaqlar çıxış etmişdir.

Şəhidin anasına təşkilatımızın fəxri fərmanı verilmişdir.

Allah rəhmət eləsin Şəhidlərimizə.

Təranə Alməmmədova

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəz, Sabitlik və İnkişaf Mərkəzi, İB Qəbələ rayon numayəndliyi rəhbəri