Vətən sevgisi, ruhları kirdən xilas edən ən güclü küləkdir

0
207

Bu gün Qəbələ rayon Mıxlıqovaq kənd Şəhid Rəhimov Elnurun üçüncü il dönümü qeyd olundu

Rəhimov Elnur Məmmədkərim oğlu 25 iyul 2000-ci ildə Qəbələ rayon Mıxlıqovaq kəndində dünyaya gəlib. Orta təhsilini 2006-2017-ci illərdə Fəzail Həmidov adına Mıxlıqovaq kənd tam orta məktəbində alıb. Tam orta təhsilini bitirdikdən sonra 2018-ci ilin 26 iyulunda hərbi xidmətə yollanıb. 2020-ci ilin yanvar ayında hərbi xidməti başa vurub.
Elnur hələ məktəb vaxtlarından vətənini, torpağını sevdiyi üçün hərbçi kimi işləməyə qərar verdiyindən yenidən hərbiyə qayıtmaq üçün müraciət edib. 2020-ci ilin yay aylarında xidmət kursunu müvəffəqiyyətlə başa vuraraq sentyabr ayında yenidən hərbi xidmətə qayıdaraq Beyləqanda Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində MAXE əsgər olaraq xidmətə başlayıb. 2020 ci il 27 sentyabrda başlanan İkinci Qarabağ müharibəsində Füzuli, Xocavənd, Ağdərə istiqamətində döyüşlərdə iştirak edən qəhrəman Şəhidimiz Elnur noyabr ayının əvvəlləri Xocavənd rayonunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 1 dekabr 2020 ci ildə Qəbələ rayonu Mıxlıqovaq kənd məzarlığında dəfn olunub.

Tədbirdə şəhid ailələri,qazilər, Mıxlıqovaq kənd icra nümayəndəsi, bələdiyyə sədri,axundlar,idarə və təşkilat rəhbərləri, yazarlar, müəllim kollektivi ,şagirdlər, Qəbələ TV, kənd sakinləri,şəhidin yaxınları iştirak etdi.

Əvvəlcə şəhidin məzarı üzərinə gül dəstələri qoyulmuş, ruhana dualar oxunmuşdur.
Şəhid atası çıxış edərək belə bir gündə onu yanında olanlara öz təşəkkürünü bildirmişdir.

Tədbir ata ocağınada ehsan süfrəsi arxasında davam etmişdir

Allah cəmi şəhidlərimizə rəhmət etsin