Vətən Sağ Olsun

0
209

Bu gün Qəbələ rayon Dızaxlı kənd şəhid Xeyirbəy Cəlil oglu Səfərçinovun ikinci il dönümü qeyd olundu.

Tədbirdə Rayon icra başçısı öz heyyəti ilə, Qəbələ TV, Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzi, İB Qəbələ rayon nümayəndəliyin rəhbəri, Oguz elinin yazarları, Səhiyyə işçiləri, şəhid ailələri, qazilər, Agsu şəhid ailələri, qaziləri, yazarlar, Mədəniyyət Mərkəzi işçiləri, kənd əhli, məktəb müəllimləri şagirdləri ilə iştirak etdi.

Əvvəlcə şəhidin məzarı üzərinə gül dəstələri qoyulmuş, ruhuna dualar oxunmuşdur.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Sonra şəhidin atası çıxış edərək gələn qonaqlara öz təşəkkürünü bildirmiş,oglu haqqında bu sözləri demişdir:
Xeyirbəy inanclı oglan idi. Allaha iman gətirənlər bilirlər ki, şəhidlər ölməz. Allah uca kitab olan Qurani- Kərimdə ayələrdə açıq şəkildə bu barədə yazılıb. Şəhid valideynlərinin , əzizlərinin və hamımızın yeganə təsəllisi odur ki, bizdən ayrılsa ,da Allahın dərgahında hüzur içində yaşayır.

Gıxış edənlər Xeyirbəy Səfrçinovun qəhrəmanlığından danışmış, ailəsinə başsağlığı vermişdilər.

Tədbir ata ocağında ehsan süfrəsi arxasında davam etmişdir.

Allah rəhmət eləsin Şəhidlərimizə

Təranə Alməmmədova

Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzi, İB Qəbələ rayon nümayəndəliyin rəhbəri.