Vətən oğulları unudulmur

0
362

Qəbələ rayon Yengicə kənd şəhidi Vüqar Vaqif oğlu Səmədlinin ikinci il dönümü qeyd olundu.

Əvvəlcə şəhidin məzarı üzərinə gül dəstələri qoyulmuş, ruhuna dualar oxunmuşdur.
Tədbirdə rayon icra başçısı öz heyəti ilə, Qəbələ TV, yazarlar, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzi, İB Qəbələ rayon nümayəndəliyin rəhbəri, axundlar, şəhid ailələri, qazilər, kənd sakinləri, müəllim və şagird kollektivi, şəhidin yaxınları iştirak etmişdilər.

Şəhid Vüqarın qəhrəmanlıgından danışılmış , ailəsinə başsağlığı verilmişdir.

Tədbir ata ocağında ehsan süfrəsi arxasında davam etmişdir.

Allah rəhmət eləsin Şəhidlərimizə

Təranə Alməmmədova

“Xarıbülbül Ədəbi Məclisi”nin, Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzi, İB Qəbələ rayon nümayəndəliyin rəhbəri