Rəhimov Fariz Zahir oğlunun Vətən müharibəsində şəhid olmasının ildönümü qeyd olunub
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş Rəhimov Fariz Zahir oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən bir il keçir. Bu münasibətlə rayon icra hakimiyyəti, İNK Qəbələ rayon numayəndliyi rəhbəri, şəhid ailələri, qazilər, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhidin təhsil aldığı məktəbin kollektivi,Lalə uşaq bağçası kollekivi ,döyüş yoldaşları tərəfindən Rəhimov Farizin məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur.
Tədbir iştirakçıları şəhidin ailəsini evlərində ziyarət etmişlər.
Tədbir şəhidin ata ocağında ehsan süfrəsi arxasında davam etmişdir.
Alməmmədova Təranə
İctimai Nəzarət Koalisiya Qəbələ nümayəndliyi rəhbəri