Vətən müharibəsinin yeganə qadın şəhidi – Arəstə Baxışova – VİDEO

0
506

Belə-belə işlər” layihəsi Vətən müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışovanın həyatı haqqında məlumatlar paylaşıb. 

1989-cu il təvəllüdlü A.Baxışova dörd yaşında olarkən Çernobıl faciəsində əlil olmuş atası vəfat edib. Pedoqoji kollec bitirən Arəstə sonradan hərbi sahəni seçib və Beyləqandakı hərbi hissədə çalışıb. 

Vətən müharibəsinə könüllü qatılan Arəstə oktyabrın 23-də döyüş bölgəsindən yaralıları çıxararkən şəhid olub. 

Onun 11 yaşlı oğlu, 10 yaşlı qızı qalıb.