Vətən müharibəsinin danışan ŞƏKİLLƏRİ

0
706

İşğalçı Ermənistanla apardığımız 44 günlük Vətən Müharibəsində üçtərəfli bəyanatla atəşkəs razılaşması imzalandı… Rəşadətli Azərbaycan Ordusu bu müddətdə imkansız olanı etdi. İllərdir düşmən tapdağı altında qalan Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa, Ağdam, Kəlbəcər, Laçın, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir sıra kəndlərini işğaldan azad etdi.

Vətən Müharibəsindəki qalibiyyət Azərbaycan oğullarının qanı bahasına başa gəldi. Bu şərəfli mücadilədə qanı torpağa qarışan minlərlə şəhid və qazilərimiz var…

2783 şəhid.., 100 nəfərdən artıq itkin.., 1245 nəfər yaralı…

Ancaq mübarizə hələ bitməyib… Qarşıda bizi Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Əsgəran gözləyir…

Heç şübhəsiz, Azərbaycan dövlətinin aparacağı uğurlu diplomatiya siyasəti bayrağımızın Xankəndində də dalğalanması ilə nəticələnəcək…

Bu müharibə heç zaman unudulmayacaq hadisələrlə yadda qaldı, Azərbaycan əsgəri dastan yazdı, ölkə ictimaiyyəti vahid yumruq tək birlik nümayiş etdirdi… Şəhid ailələri canını Vətən yolunda qurban verən oğulların itkisinə yanıb-yaxılsa da, “Təki Vətən sağ olsun!” dedi…

Vətən Müharibəsindən geriyə qalan həm də şəkillər oldu… Danışan şəkillər…

Vətən Müharibəsinin bəzi danışan şəkillərini bir

daha diqqətinizə təqdim edir…

Vətən müharibəsinin danışan ŞƏKİLLƏRİ

Günlərdir xəbərini gözlədiyi ŞƏHİD oğlunu qarşılayan ATA…

Vətən müharibəsinin danışan ŞƏKİLLƏRİ

Vətən Müharıbəsində oğlu Cavidin tabutunu daşıyan Səkinə ana…

Vətən müharibəsinin danışan ŞƏKİLLƏRİ

Gəncənin bombalanmasından sonra dağıntılar altındakı evindən sağlam qalan əşyaları çıxarmağa çalışan özü kiçik, amma dağ boyda ürəyi olan uşaq…

Vətən müharibəsinin danışan ŞƏKİLLƏRİ

Azərbaycanın Milli Qəhrəmanı, doğulduğu Qubadlı rayonunda şəhid olan polkovnik Şükür Həmidov…

Vətən müharibəsinin danışan ŞƏKİLLƏRİ

Qubadlı şəhərinin işğaldan azad edilməsi uğrunda şəhid olan Röyal Cəfərovun həyat yoldaşı Firuzə Cəfərova: “Bu mənim son borcum idi”.

Vətən müharibəsinin danışan ŞƏKİLLƏRİ

Kəlbəcər… Məğrur Azərbaycan əsgəri rusiyalı sülhməramlılarla dövlət sərhəddinin keçdiyi ərazidə danışıq aparır…

Vətən müharibəsinin danışan ŞƏKİLLƏRİ

Şəhidlər ölməz, Vətən bölünməz…

Vətən müharibəsinin danışan ŞƏKİLLƏRİ

Üzündən yaralanmış polkovnik… Əsgərlərini meydanda qoyub geri – tibb məntəqəsinə qayıtmayan cəsur zabit…

Vətən müharibəsinin danışan ŞƏKİLLƏRİ

Şuşa… Əsgərimiz qalibiyyətini erməni hərbi cani Vazgen Sarkisyana qoyulmuş abidənini üzərində qeyd edir…

Vətən müharibəsinin danışan ŞƏKİLLƏRİ

Şuşa qalasında ölməz Şəhidlərimizin xatirəsinə qəhrəman Əsgərlərimizin sayğı duruşu!

Vətən müharibəsinin danışan ŞƏKİLLƏRİ

Qardaşı Elton Qəmbərli və həyat yoldaşı Adil İbrahimlini şəhid verən Nargül İbrahimli…

Vətən müharibəsinin danışan ŞƏKİLLƏRİ

Arazın o tayından bu tayındakı müharibəni həyəcanla izləyən güneyli soydaşlarımız…

Vətən müharibəsinin danışan ŞƏKİLLƏRİ

Qalib əsgər… Şuşa qalasında selfi…

Vətən müharibəsinin danışan ŞƏKİLLƏRİ

Bir ayağını itirmiş qazi şəhidləri anır…

Vətən müharibəsinin danışan ŞƏKİLLƏRİ

Zəfər zabitləri… Hərbi birlik komandiri general-mayor Mayis Bərxudarov və Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun polkovniki, xüsusi təyinatlıların komandiri Tehran Mənsimov…

Vətən müharibəsinin danışan ŞƏKİLLƏRİ

Ermənistan hərbçilərinin boş qalmış dəbilqələri… “France-Presse” agentliyinin (AFP) Dağlıq Qarabağ barədə reportajında istifadə olunmuş şəkil…