Vətən müharibəsində qazanılan qələbənin 100 günlüyünə həsr olunmuş VİDEOÇARX hazırlandı

0
441

Xəzər Gənclər Evinin təşəbbüsü ilə Vətən müharibəsində əldə edilən qələbənin 100 günlüyünə və hər bir Azərbaycan vətəndaşının bu yolda göstərdiyi mübarizəyə həsr edilən videoçarx hazırlanıb.

Filmdə bütün Azərbaycan xalqının mübarizəsi əks etdirilib:

“Əsgərin ön cəbhədə, xalqın arxa cəbhədə döyüşdü. Həkimlərin yaralara məlhəm oldu. Müqəddəs Quranın sədası ilə dualar etdik. Hər bir müəllim milli ruh yüksəkliyinə aparan yolu öz şagirdlərinə göstərdi. Doğru və tarixi faktları yansıdaraq həqiqətləri dünyaya çatdırdıq. Rəssamların fırçalarından Qarabağ çalarları axdı. Əsgər yolu gözləyənlər sovqatlarını ümidləri ilə birgə göndərdi. Tarixə sancılan bu bayraq, daim zəfər sorağın olsun! Canım Azərbaycan!”