
Vətən müharibəsində itkin düşən daha bir əsgərin şəhid xəbəri gəlib.
Bu barədə əsgərin qardaşı Cavad Bayramov məlumat verib.
O bildirib ki, ötən gün qardaşı Cəlal Bayramovun şəhid olduğu ilə bağlı xəbər alıblar:
“Hazırda Füzulidəyik. Qardaşımın şəhid olduğu xəbəri gəldi. Bu gün Saatlı rayonu Çoplu kəndində torpağa tapşırılacaq”.