Vətən müharibəsi şəhidlərinin il dönümü münasibətilə məzarları ziyarət edilib

0
518

Bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsində canından keçmiş Qəbələ oğullarının-Topbağ kənd sakini Hakim Baxışov və Böyük Pirəli kənd sakini İsmayıl Qurbanovun şəhadətə yüksəlmələrinin ildönümüdür. Bu münasibətlə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə,şəhid ailələri,qazilər, təşkilatların rəhbərləri və şəhidlərin təhsil aldıqları məktəblərin kollektivi hər iki şəhidin məzarını ziyarət etmişlər. Şəhidlərin məzarı üzərinə gül dəstələri qoyularaq xatirələri anılmış, ruhlarına dualar oxunmuşdur. Hər iki şəhidin ailəsi tədbir iştirakçıları tərəfindən evlərində ziyarət edilmişdir.

Tədbir ehsan süfrəsi arxasında davam etmişdir.
Allah rəhmət eləsin Şəhidlərimizə