Vətən müharibəsi şəhidlərinin anım günləri qeyd olunub

0
455



Bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ermənistan Silahlı Qüvvələrinin təcavüzünə qarşı aparılan Vətən müharibəsində şəhid olmuş Qəbələ oğullarından Əmirvan kənd sakini Elvin Abdurəhmanov və Mıxlıqovaq kənd sakini Ümman Əmiraslanovun şəhadətə yüksəlmələrinin bir ili tamam olur. Bu münasibətlə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının İNK rəhbəri, idarə, müəssisə,Qəbələ TV, qazilər , şəhid ailələri , təşkilatların rəhbərləri və şəhidlərin təhsil aldıqları məktəblərin kollektivləri onların məzarını ziyarət edərək üzərinə gül dəstələri qoymuş, xatirələri dərin hörmətlə anılaraq, ruhlarına dualar oxunmuşdur. Hər iki şəhidin ailəsi tədbir iştirakçıları tərəfindən evlərində ziyarət edilmişdir..
Tədbir ehsan süfrəsi arxasında davam etmişdir.
Allah rəhmət eləsin Şəhidlərimizə