Vətən müharibəsi, oktyabrın 4-ü: Cəbrayıl şəhəri və doqquz kənd işğaldan azad edilib

0
219

44 günlük Vətən müharibəsinin gedişatında, oktyabrın 4-də Azərbaycan Ordusu Cəbrayıl rayonu istiqamətində bir sıra uğurlar qazanıb.

Müzəffər Azərbaycan Ordusu həmin gün rayonun Cəbrayıl şəhərini işğaldan azad edib.

Eyni gündə Cəbrayıl rayonunun doqquz kəndi də Ermənistan işğalçılarından təmizlənib.

Həmin kəndlər bunlardır: Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan, Dəjəl və Karxulu.

Bildirək ki, adıçəkilən ərazilərin azad edilməsi xəbərini Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində elan etmişdi.