Bu gün 11 avqust 2022- ci il tarixində Şəmkir rayon Qaracəmirli kəndində şəhid Eşqin Gülməmmədovun xatirəsinə ucaldılmış abidə bulaq kompleksinin açılışı oldu.
Açılış Azərbaycanın Dövlət himni ilə başladı, Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Gülməmmədov Eşqin Rabil oğlu 11 avqust 2001- ci
ildə Şəmkir rayon Qaracəmirli kəndində anadan olmuşdur.
2007- ci ildə Cəlil Bayramov adına Qaracəmirli kəndinnin 1- ci sinifinə daxil olub,2018- ci ildə həmin məktəbin 11- ci sinfin bitirmişdir.
2019 cür ildə hərbi xidmətə çagrılmışdır.Azərbayan ordusunun əsgəri olan Eşqin. Gülməmmədov 2020- ci il sentyabrın 27- də Vətən müharibəsində vurulmuşdur.
Xocavənd rayonuunda gedən döyüşlərdə aldığı güllə yarasından şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ugrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan prezidenti cənab İlham Əliyevin 15.12.2020- ci il tarixi sərəncamıba əsasən Eşqin Gülməmmədov ölümündən sonra,”Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.
Azərbaycanın Xocavənd rayonunun işgaldan azad edilməsi ,uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq səxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan prezidenti cənab İlham Əliyevin 25.12 2020 – ci il tarixi fərmanına əsasən “Xocavəndin azad olunması” medalı ilə təltif olunmuşdur.
Tədbirdə Şəmkir rayon icra hakimiyyəti Rəşad Tagıyev çıxış etdi.
Gıxışında onların hər zaman yanında olduğunu ,şəhid ailələrinə səbr dilədi.
Rayon nümayəndələri, şəhid ailələri, “Xarıbülbül Əbədi Məclisin”, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəz Sabitlik və İnkişaf Mərkəzi Qəbələ rayon numayəndliyi rəhbəri, Qəbələ şəhid ailələri tibb işçiləri,qazilər və qonaqlar iştirak etdilər
Allah rəhmət eləsin Şəhidlərimizə.
Təranə Alməmmədova
” Xarıbülbül Ədəbi Məclisin”, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzi Qəbələ rayon numayəndliyi rəhbəri