Vətən mənə oğul desə nə dərdim, mamır olub qayasında bitərdim

0
19

İmaməddin Yusifov 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, “N” saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir.2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində atıcı olaraq iştirak etmişdir. Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. İmaməddin Yusifov 10 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.

Bu gün Qəbələ rayon Mıxlıqovaq kənd şəhid İmaməddin Yusifovun 4 – cü il dönümü qeyd olundu.

Tədbirdə kənd sakinləri, axundlar, kənd icra nümayəndəsi, , qazilər, şəhid ailələri, məktəblilər, Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzi, İB Qəbələ rayon nümayəndəliyin rəhbəri, yazarlar , axundlar, Mıxlıqovaq kənd icra nümayəndəsi,Qəbələ TV iştirak etdilər.

Əvvəlcə şəhidin məzarı üzərinə gül dəstələri qoyulmuş, ruhuna dualar oxunmuşdur.

Tədbirdə iştirak edənlər şəhidin ailə üzvlərinə başsağlığı vermişdir.

Tədbir ata ocağında ehsan süfrəsi arxasında davam etmişdir

Təranə Alməmmədova

Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzinin, İctimai Nəzarət Təşkilatının, Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri