Bu gün 6.032024-cü il tarixdə, əslən Qəbələ şəhərinin Böyük Pirəlli kəndindən olan şəhid Qurbanov İsmayıl Yaşar oğlunun cənnətdəki doğum günüdür.
44 günlük Vətən müharibəsində canıyla,qanıyla tarix yazan Qurbanov İsmayılYaşar oğlunun məzarı önündə geniş tədbir keçirilmişdir.
Tədbirdə Şuşa rayon 24 nömrəli ümumi orta məktəbin U.B.T.- nın rəhbəri Quliyeva Ramella müəllimin təşkilatçılığı ilə,məktəbin 5,7,8 və 9 -cu sinif uşaqlarının iştirakı ilə geniş proqramla çıxış edilmişdir.
Tədbirdə ilk öncə vətənimizin azadlığı,torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş,əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Şəhod Qurbanov İsmayıl Yaşar oğlunun döyüş yoluna nəzər salınmış və Dövlətimiz tərəfindən şəhidə verilən fəxri adlar haqqında geniş məlumat verilmişdir.
Şagirdlərin ifası şəhid anaları tərəfindən rəğbətlə qarşılanmışdır.
Daha sonra tədbirdə Qəbələ şəhərinin şəhid anaları,ictimaiyyət nümayəndələri və Şuşa rayon İcra Hakimiyyətinin Qəbələ üzrə nümayəndəsi,məktəbin müəllim kollektivi çıxış etmişdir.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı,heç zaman yaddaşlardan silinməyəcəyi xüsusi vurğulanıb.
Daha sonra tədbir şəhidin ata ocağında,ehsan süfrəsi arxasında davam etmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin.
Qəbələ rayon Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzi Qəbələ rayon nümayəndəliyi rəhbəri
Təranə Alməmmədova